Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşüblər.
“İki sahil” xəbər verir ki, tərəflər Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişaf dinamikasını və əldə edilmiş razılaşmaların həyata keçirilməsini məmnuniyyətlə qeyd ediblər.
Mirzoyan və Rubio 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər.
Hər iki tərəf Bakı ilə İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə addımlar atılmasını nəzərdən keçirib.
Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivə sazişi ilə bağlı birgə bəyanatı təsdiqləyiblər və razılaşdırıldığı kimi, bu bəyanat Vaşinqton vaxtı ilə saat 17:00-da dərc olunacaq.
Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda yanacağın ucuzlaşmasına səbəb olub