İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
“İki sahil” "Report"-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb.
Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qeyd edək ki, Adnan Əhmədzadə ötən il sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Teleradio Akademiyasında “Ekran-efirdə ədəbi tələffüz və publisistik üslub” mövzusunda təlim təşkil olunub
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanılıb