13 yanvar 2026 13:49
93

Suriya YPG/SDQ-dən BUNU TƏLƏB ETDİ

Suriya Müdafiə Nazirliyi YPG/SDQ ("Suriya Demokratik Qüvvələri") terrorçularına Fərat çayının sağ sahilinə çəkilmək barədə ultimatum verib.

“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, Suriyanın hərbi idarəsi Fərat çayının qərbində YPG/SDQ-nin nəzarətində olan əraziləri hərbi zona elan edib.

Ölkənin hərbi rəhbərliyinin göndərdiyi ultimatumda sözügedən qruplaşmanın Fərat çayının şərqinə çəkilməsi tələb olunub.