Azərbaycan Ordusunda 2026-cı il ərzində hərbi intizamın gücləndirilməsi və hüquq pozuntularının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
“İki sahil” xəbər verir ki, sənəddə cari il boyu həyata keçirilməsi planlaşdırılan birgə tədbirlər, onların icra müddəti, keçiriləcəyi yerlər və məsul şəxslər müəyyən edilib.
Tədbirlər planına əsasən, 2026-cı il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində xidmət edən hərbi qulluqçularla Hərbi Prokurorluq əməkdaşlarının görüşlərinin təşkili nəzərdə tutulur.
Bu görüşlər çərçivəsində şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərin icrası öz əksini tapıb.
Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib
"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun buraxılış mərasimi keçirilib
Azərbaycan hərbçisinin şəxsi şücaəti onun mənəvi-psixoloji vəziyyətinin məhsuludur
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib