"Avtolüks Azərbaycan" MMC nizamnamə kapitalını 16,5 milyon manat və yaxud 34 dəfə azaldaraq 17 milyon manatdan 500 min manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini bir ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 8 ünvanına bildirə bilərlər.
"Avtolüks Azərbaycan" 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət "Land Rover" avtomobillərinin Azərbaycandakı rəsmi distribütorudur.
Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb
Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
“AzərEnerji” və “TotalEnergies” arasında əməkdaşlıq məsələləri müzakirə olunub