13 yanvar 2026 09:27
83

Yaponiyada növbədənkənar seçkilər ola bilər

Yaponiya Baş naziri Sanae Takaiti yanvarın 23-də açılacaq parlamentin növbəti sessiyası başladıqdan dərhal sonra Nümayəndələr Palatasını buraxmaq və növbədənkənar parlament seçkiləri elan etmək niyyətindədir.

"İki sahil" xəbər verir ki, bu barədə "Kyodo" hakim partiya daxilindəki danışıqlardan xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.