13 yanvar 2026 08:57
89

G7 nadir torpaq mineralları üçün Çindən asılılığı azaltmağı razılaşdırıb

Yeddilik Qrupu (G7) ölkələri nadir torpaq mineralları üçün Çindən asılılığı azaltmaq barədə razılığa gəliblər.

“İki sahil” "Kyodo"ya istinadla xəbər verir ki, Yaponiyanın maliyyə naziri Satsuki Katayama bunu G7 maliyyə nazirlərinin danışıqlarından sonra açıqlayıb.

S.Katayama həmçinin Tokionun Çinin Yaponiyaya ikili təyinatlı malların ixracına qoyduğu embarqo ilə bağlı mövqeyini həmkarlarına açıqlayıb. Daha əvvəl Baş nazir Sanae Takaiçi bu qərarı qəbuledilməz adlandırıb.

Çinin Ticarət Nazirliyi embarqonun 6 yanvardan etibarən "hərbi məqsədlər və hərbi gücün gücləndirilməsinə töhfə verən digər məqsədlər üçün" ikili təyinatlı malların tədarükünə tətbiq olunacağını açıqlayıb.

Yaponiya mediası həmçinin Çinin bir neçə dövlət şirkətinin Yaponiyadakı tərəfdaşlarına nadir torpaq mineralları üçün onlarla yeni müqavilələr bağlamamaq niyyətləri barədə məlumat verdiyini bildirib.