12 yanvar 2026 15:51
130

Azərbaycanda dəniz suyunun hesabına 100 milyon m³-lik təminat yaradılacaq

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar illik 100 milyon m³ içməli su təminatının yaradılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində təmizlənmiş tullantı sularından təkrar istifadə imkanlarının təmin edilməsi, "Bakı Metropoliteni" QSC-nin stansiyalarında və digər ərazilərdə formalaşan qrunt sularından istifadəyə dair 3 pilot layihənin həyata keçirilməsi planlaşdırılır.