“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil edilib. Bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 3,09 faiz və 9 faiz çoxdur.
“İki sahil” xəbər verir ki, Energetika Nazirliyindən bildirilib ki, “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft (3,07 faiz artım), 191,2 milyard kubmetr qaz (12,8 faiz artım) ixrac edilib.
Şahin Mustafayev: "Tərtərçay" sağ sahil kanalında tikinti işlərinə başlanılacaq"
Zaur Mikayılov: Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub
Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq