Hindistanın sonuncu qütb peyk buraxılış raketinin missiyasında uğursuzluq qeydə alınıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb. Bildirilib ki, Hindistanın EOS-N1 hərbi peyki və 15 digər faydalı yükü daşıyan sonuncu qütb peyk buraxılış raketi yanvarın 11-də ölkənin Kosmik Mərkəzindən havaya qalxıb. Raket gecə saatlarında anomaliya ilə üzləşib.