12 yanvar 2026 10:13
97

Tramp: İran ABŞ-a danışıq təklif edib

İran ABŞ-la əlaqə saxlayıb və danışıqlar təklif edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O, belə bir müraciətin onun İrandakı etiraz aksiyalarına reaksiyasından sonra edildiyini deyərək, Tehranla görüş təyin etmək üçün danışıqlar apardığını bildirib.

Dövlət başçısı İrandakı aksiyalarla bağlı hər saatbaşı məlumatlandırıldığını vurğulayıb. “Biz bəzi çox güclü variantları nəzərdən keçiririk. Mənə hər saat hesabat verilir və biz tezliklə qərar verəcəyik”, - deyə Tramp qeyd edib.