12 yanvar 2026 00:44
97

Qrenlandiyanın gələcəyi ilə bağlı mübahisə Danimarka ilə münasibətləri gərginləşdirir

ABŞ dövlət katibi Marko Rubio ilə gözlənilən danışıqlar fonunda Danimarka ilə Qrenlandiya arasında fikir ayrılıqları açıq müstəviyə çıxıb.

“İki sahil” xəbər verir ki, ABŞ-ın adaya nəzarətlə bağlı mümkün iddialarının müzakirəsi getdikcə daha çox Qrenlandiyanın müstəqilliyi və onun Kopenhagenlə münasibətləri ətrafında mübahisəyə çevrilir.

Ekspertlər və Danimarkanın rəsmi nümayəndələri Donald Trampın sərt ritorikası şəraitində Qrenlandiya ilə Danimarkanın vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayırlar. Onların fikrincə, adanın müstəqilliyi məsələsi ön plana çıxarılmamalıdır.

Bunun əksinə, Qrenlandiyanın müxalif Naleraq partiyasının lideri Pele Broberq Danimarkanı ABŞ-la keçiriləcək danışıqlarda iştirak etməməyə çağırıb. O bildirib ki, Qrenlandiyanın gələcəyinin müzakirəsi Nuuk və Vaşinqtonun işidir.

“Bunun Danimarkaya aidiyyəti yoxdur”, – deyə partiya sədri bəyan edib.