Bakı Dövlət Universitetində (BDU) 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası keçirilir.
İmtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) təşkil olunub.
Sessiya ərzində bakalavriat səviyyəsində 923 qrup üzrə 21000-dən çox, magistratura səviyyəsində isə 455 ixtisaslaşma üzrə 2334 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2026-cı ilin fevral ayının 2-dən 6-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Sessiya fevralın 2-dək davam edəcək.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub