ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuelada rejim dəyişikliyindən sonra Kuba hakimiyyəti ölkədə vəziyyətə nəzarəti itirəcək. Onun fikrincə, Venesuela neftinə çıxış olmadan Kuba hakimiyyəti gəlir mənbələrindən məhrum olacaq.
“İki sahil” xəbər verir ki, Tramp Air Force One təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlamasında belə deyib.
"Görünür, Kuba tezliklə çökəcək. Onların necə ayaqda qala biləcəyini bilmirəm, amma indi Kubanın heç bir gəliri yoxdur", - deyə Tramp bildirib.
Kuba hakimiyyəti isə ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun oğurlanması məqsədi daşıyan əməliyyatı zamanı Karakasın xahişi ilə tapşırıqlar yerinə yetirən 32 kubalı vətəndaşın həlak olduğunu bildirib.
ABŞ dövlət katibi Marko Rubio xüsusi əməliyyatdan sonra bəyan edib ki, Kuba hökuməti "son dərəcə ciddi problem" təşkil edir.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib