ABŞ-ın keçmiş prezidenti Co Bayden ölkə tarixində eks-prezidentlər üçün nəzərdə tutulan ən yüksək dövlət pensiyası alır - ildə 417 min dollar.
“İki sahil” xəbər verir ki, bu barədə "New York Post" (NYP) tabloidi məlumat yayıb.

Baydenin pensiyası onun prezident maaşını da üstələyir - prezident kimi o, ildə 400 min dollar qazanırdı. NYP-nin məlumatına görə, Co Baydenə təyin olunan pensiya ABŞ-ın digər keçmiş prezidenti Barak Obamanın aldığı analoji ödənişlərdən iki dəfə çoxdur.
Milli Vergiödəyiciləri Fondunun vitse-prezidenti Demian Bredinin sözlərinə görə, 83 yaşlı Bayden bu qədər yüksək ödənişləri siyasətdə uzunmüddətli fəaliyyəti sayəsində alır.
O, ümumilikdə Senatda və vitse-prezident vəzifəsində 44 il çalışıb və buna görə də bir neçə mənbədən pensiya ödənişi alır.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib