Neft qiymətləri yanvarın 5-i aşağı düşüb, investorlar Venesuelada ötən həftəsonu baş verən hadisələrin nəticələrini qiymətləndirirlər.
“İki sahil” xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
"London ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 60,5 ABŞ dolları təşkil edib. Bu əvvəlki ticarətin bağlanışından 0,25 ABŞ dolları (0,41 %) azdır. Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin fevral fyuçersləri 0,3 ABŞ dolları (0,52 %) ucuzlaşaraq bir barel üçün 57,02 ABŞ dolları olub.
Qeyd edək ki, ABŞ xüsusi təyinatlı qüvvələri yanvarın 3-də Venesuelada xüsusi əməliyyat keçirərək ölkə Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ələ keçirib. Maduro yanvarın 5-də ABŞ məhkəməsi qarşısına çıxacaq. Ona qarşı narkotik ticarəti ilə bağlı ittihamlar irəli sürüləcəyi gözlənilir.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi müvəqqəti olaraq Venesuelanın idarəçiliyini öz üzərinə götürəcək. Tramp, həmçinin Venesuela neftinin tədarükünə qarşı ABŞ embarqosunun qüvvədə saxlanıldığını açıqlayıb.
Venesuela bir zamanlar dünyanın ən böyük neft istehsalçılarından biri idi, lakin son iki onillikdə ölkədə hasilat əhəmiyyətli dərəcədə azalıb. "Bloomberg" qeyd edir ki, hazırda Venesuelada hasil edilən neft əsasən Çinə ixrac edilir.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib