Qazaxıstan prezident idarəetmə formasına malik dövlətdir.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Turkistan” qəzetinə müsahibəsində bəzi ekspertlərin qarşıdan gələn parlament islahatının yalnız bir məqsəd - parlament sədrinin postunu dövlət idarəetmə sistemində əsas mövqeyə çevirmək və bu vəzifəni özü üçün hazırlamaq niyyəti daşıdığı barədə sualı cavablandırarkən bildirib.
“Səkkiz il əvvəl, Akordaya gəlməzdən öncə ‘Güclü Prezident – Təsirli Parlament – Hesabatlı Hökumət’ konsepsiyasını irəli sürmüşəm. Dövlət idarəetmə sisteminin bütövlükdə şəxsi maraqlar naminə dəyişdirilməsi son dərəcə məsuliyyətsiz və mən deyərdim ki, qeyri-etik addım olardı. Ölkə üçün mühüm əhəmiyyət daşıyan bütün islahatların müzakirəsi ümumxalq referendumuna çıxarılır. Burada heç bir gizli məna yoxdur. Mövqeyim hər kəsə bəllidir - siyasi islahatlar davam etdiriləcək. Uzunmüddətli planların bir hissəsi isə ənənəvi olaraq yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq”, - deyə Qazaxıstan Prezidenti bildirib.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib