ABŞ, Cənubi Koreya və Yaponiya hesab edir ki, Koreya Xalq Demokratik Respublikasında (KXDR) bazar günü həyata keçirilən ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur, regionda və bütün beynəlxalq ictimaiyyətdə sülhə və təhlükəsizliyə təhdid yaradır.
“İki sahil” xəbər verir ki, bu barədə üç ölkənin xarici siyasət qurumlarının yüksək vəzifəli nümayəndələri telefon danışıqlarının yekununda açıqlama veriblər.
"Üç ölkənin nümayəndələri bu cür təxribatçı hərəkətlərin dayandırılmasını tələb etdilər", – Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib