Ermənistan‑Gürcüstan sərhədində 5 kilometrlik növbə yaranıb.
“İki sahil” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, növbə beynəlxalq əhəmiyyətli "C‑7" magistralında - Sadaxlı yaşayış məntəqəsindən başlayır. Nəqliyyat vasitələrinin sərhədi keçmə müddətinin 3 saata çatdığı qeyd olunub.
Növbənin əsas səbəbi kimi Yeni il bayramı ilə bağlı Gürcüstana gedən vətəndaşların kütləvi şəkildə Ermənistana geri dönməsi göstərilir.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib