2026-cı il Gürcüstan üçün xüsusi ildir. Bu il biz xristianlığın dövlət dini elan olunmasının 1700 illiyini qeyd edəcəyik.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Xristianlığa sədaqət, Tanrının və Müqəddəs Məryəmin himayəsi bizə bir çox fırtınalara baxmayaraq, əsrlər boyu dövlətçiliyi və milli kimliyimizi qorumağa imkan verib. Bütün bunlar vahid Gürcüstan arzusunun bir gün gerçəkləşəcəyinə inamımızı gücləndirir. Xristianlığın mehvəri sevgidir və sevgi də öz növbəsində istənilən şəxsin və ya dövlətin gücünün təməlidir", - deyə, Kobaxidze vurğulayıb.
Vens: Ukrayna münaqişəsi hazırda nizamlanması ən çətin olan beynəlxalq münaqişədir
Ərdoğan: Ankara Liviyanın maraqlarına uyğun olmayan heç bir formula razı olmayacaq
Amerikanın ən böyük beş telekanalı Donald Trampın tədbirlərini işıqlandırmağı dayandırıb