03 yanvar 2026 14:06
196

Tramp: ABŞ Venesuelayaya və Maduroya qarşı genişmiqyaslı hücumu uğurla həyata keçirib

Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı hücumu uğurla həyata keçirib.

İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

Amerika lideri bildirib ki, Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb: “Bu əməliyyat ABŞ Hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilib. Təfərrüatlar sonradan açıqlanacaq. Bu gün saat 11:00-da Mar-a-Laqoda mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!”

Məhərrəm Ağalaroğlu, “İki sahil”