Kolumbiya və Kuba prezidentləri Venesuelada baş verən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
“İki sahil” xəbər verir ki, Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsindəki hesabında vəziyyəti daha da gərginləşdirə və ya mülki əhalini təhlükəyə ata biləcək hər hansı birtərəfli hərbi əməliyyatları pisləyib.
O bildirib ki, ölkəsi qonşu Venesueladakı vəziyyəti dərin narahatlıqla izləyir və bütün tərəfləri eskalasiyaya gətirib çıxara biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Kuba prezidenti Migel Dias-Kanel isə X-də paylaşımında hadisəyə görə ABŞ-ı ittiham edərək Venesuelaya hücumu pisləyib və beynəlxalq ictimaiyyəti hadisəyə təcili olaraq reaksiya verməyə çağırıb.
Venesuelanın Ali Məhkəməsi vitse-prezidenti ölkənin müvəqqəti prezidenti təyin edib