ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ABŞ kommersiya təyyarələrinin Venesuela hava məkanında uçuş etməsini qadağan edib.
“İki sahil” xəbər verir ki, Administrasiya davam edən hərbi fəaliyyətlə əlaqədar uçuş təhlükəsizliyi risklərini əsas gətirərək belə bir xəbərdarlıq yayıb. Qurum konkret olaraq hansı hərbi əməliyyatların nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
FAA gecə saatlarında Venesuela və ətraf San Xuan, Piarko, Mayketiya və Kyurasao bölgələtini əhatə edən 4 xəbərdarlıq yayımlayıb.
Venesuelanın Ali Məhkəməsi vitse-prezidenti ölkənin müvəqqəti prezidenti təyin edib