02 yanvar 2026 09:27
95

COP31 Antalyada keçiriləcək

BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb.

Məlumata görə Avstraliyanın ev sahibliyi hüququnu Türkiyəyə verdiyi və həmsədrlikdən çəkildiyi üçün iqlim sammiti 2026-cı ildə Antalyada keçiriləcək.

"COP31 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək. Türkiyə iqlim diplomatiyasının mərkəzinə çevriləcək", - məlumatda deyilir.