01 yanvar 2026 12:42
75

Qadağan edilmiş maddələrin siyahısı bu gündən qüvvəyə minib

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı bugündən qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, bu barədə  Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) bildirilib. Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2026-cı il üçün açıqlanan qadağan edilmiş maddələrin siyahısı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Siyahı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.