31 dekabr 2025 23:30
93

Uitkoff onlarla məsləhətləşmələr aparıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya-Ukrayna münaqişəsinə dair Avropa İttifaqı və Ukraynanın milli təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələr aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Uitkoff "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dövlət katibi Marko Rubio və sahibkar Cared Kuşnerlə birlikdə biz Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri Conatan Pauell, Emmanuel Bonn və Günter Satter, habelə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerovla sülh prosesində növbəti addımların irəliləməsi üçün səmərəli söhbətlər apardıq",- paylaşımda deyilir.

Uitkoffun sözlərinə görə, tərəflər sülh prosesi çərçivəsində razılaşdırılmış addımların praktiki həyata keçirilməsinə, o cümlədən təhlükəsizlik təminatlarının gücləndirilməsinə və müharibənin dayandırılması və onun bərpasının qarşısının alınması üçün effektiv deeskalasiya mexanizmlərinin hazırlanmasına diqqət yetiriblər.

"Biz Ukraynanın bərpa paketinə də vaxt ayırdıq – müharibə bitdikdən sonra Ukraynanın uğurlu, möhkəm və həqiqətən çiçəklənməsi üçün bu konsepsiyaları necə müəyyənləşdirmək, təkmilləşdirmək və inkişaf etdirməyə davam etmək. Bir çox əlavə detallar müzakirə olundu və biz bu mühüm işi və koordinasiyanı Yeni ildə də davam etdirəcəyik".