31 dekabr 2025 22:06
101

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.

“İki sahil” ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanların episentri İvate prefekturasının şərqində Sakit okeanda, ocağı isə 30 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar, sunami təhlükəsi barədə məlumat verilməyib.