31 dekabr 2025 15:27
87

Səfir: Azərbaycan-Böyük Britaniya münasibətləri yeni səviyyəyə yüksəlib

Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld 2025-ci ildə ikitərəfli münasibətlərdə baş verən əsas hadisələrə yekun vurduğu Yeni illə bağlı videomüraciət dərc edib.

“İki sahil” xəbər verir ki,  britaniyalı diplomat müvafiq postu "Instagram" səhifəsində yerləşdirib. Videonun əvvəlində F.Auld qeyd edib ki, bu Yeni il müraciəti onun Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi son müraciətidir.

"İlin əsas hadisəsi (2025-ci il - red.) dövlət naziri Stiven Dauti və Azərbaycan Prezidenti İlham Əliyevin Strateji Tərəfdaşlıq Sazişinin imzalanması yolu ilə münasibətlərimizi yeni səviyyəyə yüksəltmək qərarı oldu. Dekabrda Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri lord Vernon Koaker və Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də təhsil və innovasiyalara həsr olunmuş ikitərəfli görüşlər keçiriblər", - səfir bildirib.