Prezident İlham Əliyev 17 iyul 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Energetika Nazirliyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunun 17.3-cü maddəsinə uyğun olaraq, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasına nəzarət edəcək.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb