Culfa Rayon İcra Hakimiyyəti və Culfa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Culfa şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram konserti təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə rayon sakinləri və dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Konsert proqramında mədəniyyət və incəsənət nümayəndələri tərəfindən milli və müasir musiqi nümunələri, eləcə də rəqs və səhnə çıxışları təqdim olunub.
Şaxtababa, Qarqız və cizgi film personajlarının iştirakı isə uşaqlara xüsusi sevinc bəxş edib.