30 dekabr 2025 16:00
81

9 ay ərzində yanğınlar zamanı 32 nəfər həlak olub

Cari ilin 9 ayı ərzində baş vermiş 1198 yanğın zamanı 32 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2025-ci ilin 9 ayı üzrə statistik məlumatlarında qeyd olunub.

Bildirilib ki, yanğın hadisələri zamanı 32 nəfər ölüb, 132 nəfər xəsarət alıb, bu da ötən illə müqayisədə yanğından ölənlər üzrə 3 nəfər və ya 2%, xəsarət alanlar üzrə 30 nəfər və ya 19% azdır.

Bundan əlavə, 2025-ci ilin 9 ayı ərzində ölkədə 34 partlayış hadisəsi baş verib. Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 13 hadisə və ya 28% azdır. Partlayışlar zamanı 9 nəfər ölüb, 49 nəfər xəsarət alıb.