Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın dekabr sayında bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır.
11 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. Əsas ixrac istiqamətləri Böyük Britaniya (4,2 milyon ABŞ dolları), Lüksemburq (3,2 milyon ABŞ dolları), İsveç (1,1 milyon ABŞ dolları), Türkiyə (772 min ABŞ dolları) və Nigeriya (760 min ABŞ dolları) olub. Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66 % olub.
Təkcə noyabrda isə "Azərkosmos" 35 ölkəyə 1,5 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən eynidir.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb