Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun (İTSF) 2026-cı il büdcəsini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, gələn il İTSF-nin büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (bu illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.
Xərclərin 1 milyard 976 milyon manatının Fondun gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Vəkillər Kollegiyasının sədri Polşada vəkillik peşəsinin müstəqilliyinin təminatları barədə çıxış edib
Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq