Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.
“İki sahil” xəbər verir ki, hadisə zamanı D-159-luq qaz xətti qırılıb. Təhlükəsizliklə əlaqədar rayonun Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı, Vayxır və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşandan sonra ərazidə təbii qazın verilişi təmin ediləcək.
Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb