25 dekabr 2025 08:02
144

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

“İki sahil” xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə - 83 nəfər, Xanyurdu kəndinə 12 ailə - 50 nəfər, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə - 169 nəfər, Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə - 147 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.