23 dekabr 2025 18:40
116

Təcrübəli həkim, bacarıqlı təşkilatçı və xeyirxah insan

Azərbaycan səhiyyə sistemində uzun illərdir yorulmadan xidmət göstərən, yüksək peşəkarlığı, təşkilatçılıq bacarığı və humanistliyi ilə tanınan infeksionist həkim Namiq Xanəli oğlu Nəbiyev sizə. Namiq həkim ölkənin aparıcı infeksionist həkimlərindən biri kimi tanınır. Onun peşəkar fəaliyyəti təkcə kliniki təcrübə ilə məhdudlaşmır. Namiq Nəbiyev çətin dövrlərdə, ağır epidemioloji və fövqəladə vəziyyətlərdə göstərdiyi xidmətlə də insanların dərin rəğbətini qazanmışdır.

2024-cü ilin sonlarında Bakı şəhərinin Maştağa Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunması, Namiq həkimin uzunmüddətli zəhmətinin, rəhbərlik bacarığının və tibbi savadının nəticəsidir. Tibb sahəsinə gənc yaşlarından böyük marağı olan Namiq Nəbiyev təhsil illərindən başlayaraq infeksion xəstəliklər üzrə ixtisaslaşmağa qərar vermiş və bu istiqamətdə davamlı bilik artımı ilə seçilmişdir. Həkimlik yolunda əsas məqsədi insanlara yardım etmək, ən çətin hallarda belə çıxış yolu tapmaq olmuşdur.

Namiq Nəbiyev uzun müddət Sabunçu Tibb Mərkəzində Yoluxucu xəstəliklər şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Bu illər ərzində o:

şöbənin fəaliyyətinin modernləşdirilməsi, tibbi personalın bacarıqlarının artırılması, pasiyent məmnuniyyətinin yüksəldilməsi, yeni müalicə protokollarının tətbiqi və bu kimi mühüm istiqamətlərdə böyük işlər görmüşdür.

Onun rəhbərliyi altında şöbə, infeksion xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində paytaxtın ən etibarlı tibb ocaqlarından birinə çevrilmişdir.

COVID-19 pandemiyası zamanı Namiq Nəbiyev sadəcə həkim kimi deyil, həm də fədakar bir vətəndaş kimi fəaliyyət göstərmişdir. O, ölkənin müxtəlif regionlarında –

Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonlarında, həmçinin karantin zonalarında, o cümlədən Bakı şəhərindəki Olimpiya kəndində çalışaraq minlərlə insanın müalicəsində iştirak etmişdir. Çətin şəraitdə gecə-gündüz fəaliyyəti onun həm insanlıq, həm də peşə etikası baxımından nümunəvi olduğunu sübut etdi.

Pandemiya dövründə infeksion xəstəliklərlə bağlı əldə etdiyi böyük təcrübə, sonradan onun idarəçilik fəaliyyətinə də müsbət təsir göstərmişdir.

Namiq Nəbiyev, həmçinin Vətən müharibəsi zamanı da həkimlik borcunu qürurla yerinə yetirən mütəxəssislərdən olub. Yaralanmış əsgər və zabitlərimizin müalicəsi, ilkin tibbi yardımın təşkili, reabilitasiya prosesində iştirakı ilə o, Vətənə xidmətini davam etdirmişdir. Müharibə dövründə göstərdiyi bu humanist fəaliyyət, onun həkimlik andına sadiqliyinin ən bariz nümunələrindən biridir.

Hazırda rəhəbrlik etdiyi kollektivdə də onun bu işdə də məqsədi sadədir: Maştağa Xəstəxanasını Bakının ən müasir və peşəkar tibb müəssisələrindən birinə çevirmək.

Allahverdi Səfərəliyev