23 dekabr 2025 08:18
79

Meksikanın hərbi təyyarəsi ABŞ-də qəzaya uğrayıb

Texasda eniş edərkən Meksika Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb, bir nəfər itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Meksikanın ABŞ-dəki Konsulluğu açıqlama yayıb.

Məlumata görə, ölənlərdən üçü və itkin düşən bir nəfər HDQ-nin hərbi qulluqçularıdır. Ölən digər iki nəfər təyyarə ilə təxliyə edilən xəstə və onun həkimidir. Xəstənin müşayiətçisi və tibb bacısı sağ qalıb.

Meksika Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, "King Air ANX 1209" təyyarəsi humanitar missiya ilə Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş edərkən qəzaya uğrayıb. ABŞ-nin Sahil Mühafizəsi ilə birgə axtarış-xilasetmə əməliyyatı aparılır.

Nazirlik əlavə edib ki, qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlanıb və lazımi prosedurlar tamamlanması üçün Hyustondakı Meksika Konsulluğu ilə koordinasiyalı fəaliiyyət həyata keçirilir.