22 dekabr 2025 14:18
142

Suriyanın cənubunda yaranan təhlükəsizlik riskləri müzakirə ediləcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın ilə birlikdə Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.

“İki sahil” xəbər verir ki, onlar Suriya Prezidenti Əhməd əş-Şaraa və suriyalı rəsmilərlə görüşəcəklər.

Səfər çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə Türkiyə-Suriya əlaqələrinin son birillik gedişatının ətraflı şəkildə qiymətləndirilməsi və Türkiyənin milli təhlükəsizlik prioritetlərini yaxından maraqlandıran 10 mart Sazişinin tətbiqi prosesinin gedişatının müzakirə edilməsi nəzərdə tutulur.

Həmçinin, Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin müzakirəsi gözlənilir.