22 dekabr 2025 08:04
83

Sosial məsuliyyət və mərhəmət prinsipinə əsaslanan dövlət siyasəti

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu baxımdan Konstitusiya ili çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya aktının elan edilməsi hüquqi dövlət prinsiplərinə və humanizm dəyərlərinə əsaslanan mühüm siyası-hüquqi addım kimi qiymətləndirilir. Sözügedən qərar Konstitusiyanın aliliyinin, insan hüquqlarına hörmətin və sosial ədalətin təmin olunmasının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətlə vətəndaş arasında hüquqi münasibətlərin əsasını təşkil edir və cəmiyyətdə hüquqi sabitliyin qorunmasına xidmət edir. Konstitusiya ilinin elan olunması bu alı hüquqi sənədin mahiyyətinin daha dərindən təbliğini, onun prinsiplərinin real həyatda tətbiqini ön plana çıxarır. Məhz bu konteksdə amnistiya aktı Konstitusiyasının insan hüquqlarının qorunmasına dair müddəalarının praktik təzahürü kimi çıxış edir.

Prezident tərəfindən amnistiya elan edilməsi cəza siyasətində humanist yanaşmanın tətbiq olunduğunu göstərir. Bu addım az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəmiyyətə reinteqrasiyasına şərait yaradır, onların islah olunaraq sosial həyata qayıtmasını təşviq edir. Amnistiya aktı yalnız hüquqi mexanizm deyil, eyni zamanda sosial məsuliyyət və mərhəmət prinsipinə əsaslanan dövlət siyasətinin tərkib hissəsidir.

Konstitusiya ili çərçivəsində Prezident tərəfindən amnistiya aktının elan edilməsi Azərbaycan dövlətçiliyinin əsas dəyərlərini-hüququn aliliyini, insan hüquqlarının qorunmasını və humanist idarəetməni bir daha təstiqləyir. Bu və qərar Konstitusiyanın yalnız hüquqi sənəd deyil, həm də cəmiyyətin inkişafına yönəlmiş canlı tətbiq olunan bir dəyər sistemi olduğunu nümayiş etdirir.

Beləliklə Konstitusiya ili münasibətilə amnistiya aktının elan edilməsi Azərbaycan dövlətinin hüquqi, humanist və sosial yönümlü siyasətinin ardıcıl davamı olduğunu bir daha təstiq edir.

Səlimə Ovçiyeva,
48 nömrəli məktəbin müəllimi