Tailandın quru qüvvələri iki ölkənin sərhədindəki əsas nöqtələrdə, o cümlədən ölkənin Sisaket əyalətində Kamboca Ordusuna qarşı aktiv döyüşlərin davam etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə şənbə günü "Bangkok Post" qəzeti xəbər verib.
Qeyd olunur ki, Kamboca hərbçiləri bir neçə ərazidə artilleriya zərbələri endirməyə və zirehli texnikadan istifadə etməyə davam edir. Bundan əlavə, gecə ərzində Tailandın mövqeləri üzərində zərbə dronları da daxil olmaqla, PUA dəstələri müşahidə olunub. Tailand tərəfinin məlumatına görə, Kamboca qoşunları Surin əyalətində möhkəmlənməyə çalışıb və Ta Kvay məbəd kompleksinin xarabalıqları yaxınlığında Tailand əsgərlərinə atəş açıb; Tailand Ordusu cavab atəşi açıb. Tailandlılar əvvəllər bu məbədin yaxınlığında strateji əhəmiyyətli yüksəkliyi ələ keçirmişdilər.
Xatırladaq ki, Tailand-Kamboca sərhədində 7 dekabrda yenidən toqquşmalar baş verib. Kambocanın Müdafiə Nazirliyinin məlumatına görə, əvvəlcə Tailand hərbçiləri atəş açıb. Banqkok bunun əksini iddia edir. 800 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb; azı 38 nəfərin öldüyü bildirilir.
Qəzzada sülhün təmin olunmasının birinci mərhələsi artıq nəzərəçarpacaq nəticələr verib
Hakimiyyət Livanın cənub rayonlarında "Hizbullah" hərəkatını tərk-silah etməlidir