20 dekabr 2025 19:41
125

Çin rabitə peykini orbitə çıxarıb

Çinin daşıyıcı raketi "Çançjen-5" ("Böyük yürüş-5") şənbə günü yeni texnologiyaları sınaqdan keçirmək üçün 23 nömrəli rabitə peykini orbitə çıxarıb.

“İki sahil” xəbər verir ki,  bu barədə "CGTN" telekanalı məlumat yayıb. Raket Haynan adasında yerləşən Vençan kosmodromundan Pekin vaxtı ilə saat 20:30-da (Bakı vaxtı ilə saat 16:30-da) buraxılıb. Peyk təyin edilən orbitə uğurla çıxıb.

23 nömrəli eksperimental rabitə peyki ilk növbədə çox diapazonlu yüksək sürətli peyk rabitə texnologiyalarını yoxlamaq üçün nəzərdə tutulub.