20 dekabr 2025 19:25
104

Netanyahu Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ Prezidenti Donald Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək.

"İki sahil"in məlumatına görə, "NBC News" bu barədə mənbələrə istinadən xəbər verib. Mənbələrin məlumatına görə, Netanyahu Tehranın genişlənən raket proqramının və İsrail, region, ABŞ-nin maraqları üçün təhdid kimi qəbul edilən nüvə obyektlərinin bərpasının sübutlarını təqdim etmək niyyətindədir.