20 dekabr 2025 15:10
85

İmran Xanın ümumi həbs müddəti 30 ildən çox olacaq - YENİLƏNİB

Pakistanın sabiq Baş naziri İmran Xan əvvəlki iş üzrə 14 illik həbs müddəti bitdikdən sonra yeni həbs müddəti üzrə cəza çəkməyə başlayacaq.

"İki sahil" "Dawn"a istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Attaulla Tarar bildirib. "İmran Xanın 190 milyon funt sterlinq məbləğində korrupsiya işi üzrə həbs müddəti başa çatdıqdan sonra o, yeni həbs müddəti üzrə cəza çəkməyə başlayacaq", - o bildirib. Beləliklə, İmran Xanın ümumi həbs müddəti 31 il, onun həyat yoldaşı Büşra Bibinin isə 24 il təşkil edəcək.

Nəşr, həmçinin qeyd edir ki, hökm çıxarılarkən məhkəmə İmran Xanın yaşlı, Büşra Bibinin isə qadın olması faktını nəzərə alıb. Məhz buna görə qanunvericilikdə nəzərdə tutulduğundan daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilib.