20 dekabr 2025 10:02
80

Honkonqda yanğında ölənlərin sayı 161-ə çatıb

Honkonqda “Vanq Fuk Kort” yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Honkonqun Tay Po rayonunda baş vermiş yanğınla bağlı daha bir nəfərin öldüyü təsdiqlənib və bununla da həlak olanların ümumi sayı 161-ə yüksəlib.

Qeyd olunur ki, məlumatlar məhkəmə-tibbi ekspertiza zamanı yeni bir şəxsə aid DNT nümunəsinin aşkarlanması nəticəsində yenilənib.

Daha əvvəl bildirilib ki, Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində dəyən maddi zərər 642 milyon ABŞ dollarından çox qiymətləndirilir.