20 dekabr 2025 08:02
86

ABŞ Suriyada əməliyyatlara başlayıb

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb. Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset açıqlayıb. Onun sözlərinə görə, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib. Nazir vurğulayıb ki, ABŞ-nin hərəkətləri 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma birbaşa cavabdır.

"Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır", – Heqset bildirib.

O həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdiriblər və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər. "Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Çoxlarını. Davam edəcəyik", – Pentaqon rəhbəri əlavə edib.