19 dekabr 2025 15:31
108

Anar Eyvazov: Dezinformasiyaların vaxtında aşkar olunaraq qarşısının alınması məqsədilə...

Ötən illərdə olduğu kimi, 2025-ci ildə də Müdafiə Nazirliyinin mətbuat üzrə cavabdeh şəxsi heyəti media nümayəndələri ilə sıx və əlaqəli əməkdaşlıq şəraitində informasiya cəbhəsində eyni səngərdə çiyin-çiyinə fəaliyyət göstərib. Müasir dövrün tələblərinə cavab verən sağlam və etibarlı informasiya mühitinin qorunub saxlanılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov hərbi-vətənpərvərlik istiqamətində xəbər hazırlayan media nümayəndələri üçün "Media və kommunikasiya" mövzusunda keçirilən seminarda bildirib.

"Bu çərçivədə ictimaiyyətdə yanlış və təhrif olunmuş rəyin formalaşmasının, qərəzli məlumatların, saxta xəbərlərin və dezinformasiyaların vaxtında aşkar olunaraq qarşısının alınması məqsədilə dəqiq, dolğun və operativ informasiya fəaliyyəti yüksək peşəkarlıq, böyük məsuliyyət hissi, sarsılmaz prinsipiallıq və ruh yüksəkliyi ilə təmin olunub", - deyə A.Eyvazov qeyd edib.