Beyləqanda 4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.
“İki sahil” Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib.
Belə ki, kənd sakini 2021-ci il təvəllüdlü İmanzadə Uğur Elmidar oğlu həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanıb.
Dövlət ümumi müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər açıqlanıb