Avropa İttifaqı liderləri Brüssel sammitində Belçika üçün qeyri-məhdud maliyyə zəmanətlərini rədd etdiyi üçün Rusiya aktivlərinin "təzminat krediti" sxemi çərçivəsində müsadirəsi qeyri-mümkün olub.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.
"Belçika kreditdə görə hər hansı maliyyə riskini əhatə edəcək məhdudiyyətsiz təminat tələb edib. Digər liderlər bu şərtləri rədd ediblər", - qəzet mənbələrə istinadən yazıb. Sammitdə Kiyevin növbəti iki il ərzində ümumavropa krediti hesabına 90 milyard avro ilə maliyyələşdirilməsi razılaşdırılıb. Almaniya kansleri Fridrix Merts bildirib ki, sammitin yekunlarına görə Kiyev krediti sıfır faizlə alacaq.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib