Avropa İttifaqı sammitində Rusiyaya qarşı bütün sanksiyaların müddətini 6 aya, 2026-cı il iyulun 31-dək uzadılması barədə qərar qəbul edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ sammitinin birinci günündən sonra keçirilən mətbuat konfransında bildirib. "Biz Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəldik", - deyə o bildirib.
Rusiyaya qarşı əvvəllər qəbul edilmiş 19 sanksiya paketinin hamısı eyni vaxtda altı aydan bir - hər il yanvarın 31-i və iyulun 31-dək uzadılır.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib