Ədalət və İnkişaf Partiyasının "Terrorsuz Türkiyə" ilə bağlı hazırladığı hesabat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Təxminən 15 bölmə və 50-55 səhifədən ibarət olan hesabat Türkiyə Böyük Millət Məclisində (TBMM) Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası tərəfindən hazırlanıb.
Hesabat sabah partiya rəsmiləri tərəfindən TBMM Sədrliyinə çatdırılacaq.
Bununla da bütün siyasi partiya qruplarının hesabatları komissiyaya təqdim olunacaq.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib